Azərbaycanda daha bir səfirlik fəaliyyətə başladı

10 Fevral 2014 10:59 (UTC+04:00)

Azərbaycanda Kolumbiya Respublikasının səfirliyi fəaliyyətə başlayıb.Publika.Az –a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, səfirliyin müvəqqəti işlər vəkili Assad Jose Gater XİN-də qəbul edilib.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuş və səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

Ömər Dağlı