Milli komandamız elit mərhələdə

15 Noyabr 2014 22:14 (UTC+04:00)

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin IV qrupunda III turun oyunları keçirilib.

Nikolay Adamın rəhbərlik etdiyi komanda Sloveniya yığması ilə qarşılaşıb. Bu görüşdə "ay-ulduzlular" növbəti mərhələyə vəsiqəni təmin etmək üçün mütləq qalib gəlməli idi. Aktivində 1 xal olan və sonuncu pillədə qərarlaşan milli sloveniyalıları məğlub etməyi bacarıb - 3:2.

İlk hissədə rəqibini 3 dəfə cəzalandıran milli ikinci yarıda öz qapısında 2 qol qol görsə, qələbəni əldən verməyib. Bununla da xalını 4-ə çıxararan yığma qrup 2-cisi kimi elit mərhələyə vəsiqə əldə edib.

Meydan sahibləri Macarıstan Slovakiyaya darmadağın olub. Macarların 0:3 hesabı ilə uduzması Azərbaycanın işinə yarayıb.

İlk oyunda Macarıstanla 1:1 hesablı heç-heçə edən yığma ikinci görüşündə Slovakiyaya uduzub – 1:4.


Avropa çempionatı, seçmə mərhələ oyunu
15 noyabr


16:00. Azərbaycan - Sloveniya - 3:2
Qollar: Ağarəhimov, 23-pen (1:0), Süleymanov, 35 (2:0)Mədətov, 42 (3:0), Ozbolt, 48 (3:1), 77-pen (3:2)

Baş hakim: Eli Hakmon (İsrail)
Tatabanya. Qroşiş Qyula stadionu

16:00. Macarıstan – Slovakiya - 0:3
Qollar: Polievka, 48 (0:1), Benes, 66 (0:2), Spalek, 72
Baş hakim: Marko Quida (İtaliya)
Dunayuvaroş. Esperanto stadionu