Keçmiş prezident hər kəsi Rusiyanı boykota səslədi

17 Noyabr 2014 13:30 (UTC+04:00)

İngiltərə Futbol Federasiyasının sabiq prezidenti Devid Bernşteyn 2018-ci ildə Rusiyada baş tutacaq Dünya Çempionatını boykot etmək lazım olduğunu deyib.

Publika.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, Bernşteyn bu məsələdə FİFA-nı daha qətiyyətli olmağa çağırıb. Keçmiş prezident etirazları ilə ali quruma təsir edə biləcəklərini düşünür:

“Təkcə İngiltərənin mövqeyi bu məsələdə kəsərli olmayacaq. Düşünürəm ki, biz FİFA-ya təsir göstərə bilərik. Mundialın Rusiyada keçirilməsinə imkan verməməliyik. FİFA islahatlar həyata keçirməlidir. İlk növbədə, Blatter postunu tərk etməlidir. Müəyyən mərhələdə danışıqları bir kənara qoyub əməli işə keçmək lazımdır”.

Aygün İlqarqızı