Röya stressdən kilo aldı – FOTO

19 Noyabr 2014 10:35 (UTC+04:00)

Dekabrın 19 və 20-də Heydər Əliyev Sarayında solo-konsertə hazırlaşan Röya konsertqabağı kilo alıb.

Publika.az-ın məlumatına görə, müğənni stress və həyəcandan kökəldiyini bildirib. Özü də bu barədə “Instagram” səhifəsində məlumat verib:

“Maraqlı şeylər baş verir. Həmişə stressdən arıqlayıram. Bu konsert stressindən isə çox yeməyə başladım. 55 kiloqram olmuşam”.

Qeyd edək ki, Röyanın konserti “Sənə ehtiyacım var” adı altında baş tutacaq.

Cəvahir