İranda Mübariz İbrahimovla bağlı film hazırlandı - Video

10 Fevral 2014 14:39 (UTC+04:00)

İranın “Nasr” televiziyası Qarabağın işğalı və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla video-çarx hazırlayıb. Axar.az-ın məlumatına görə, ingilis dilində hazırlanan video-çarxda subtitrlar türkcə təqdim olunur.

Çarxda Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti, soyqırım və türk-müsəlman tarixi abidələrinə vandalizm faktları xüsusi qeyd olunub.Qısametrajlı bu filmdə Mübariz İbrahimovun qəhrəmanlığına xüsusi yer verilib.