Rumıniyada vertolyot qəzaya uğradı, ölənlər var

21 Noyabr 2014 15:02 (UTC+04:00)

Rumıniyada hərbi vertolyot qəzaya uğrayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sibiu rayonunda baş verən qəzada 8 insan həlak olub, ikisi yaralanıb.

Qəza səbəbləri hələ müəyyən edilməyib. İlkin versiyaya görə, hadisəyə pis hava şəraiti səbəb olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, vertolyot qəzasından sonra yaralılardan biri zəng edərək kömək istəyib.

Vertolyotun modeli bildirilmir. Ancaq məlumdur ki, vertolyot Rumınıya istehsalıdır.

Ömər Dağlı