“Trabzonspor” baş məşqçini qovdu

10 Fevral 2014 17:47 (UTC+04:00)

“Trabzonspor” baş məşqçi Mustafa Reşit Akçayla yolları ayırıb. Publika.Az xəbər verir ki, türkiyəli çalışdırıcı ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.

Trabzon təmsilçisi hazırda ölkə çempionatında 9-cu pillədədir. Komanda son oyunda evdə “Akhisar”a 2:4 hesabı ilə məğlub olub.

İddiaya görə, baş məşqçini istefaya göndərilməsinin əsas səbəbi komandanın superliqada uğursuz çıxış etməsidir.

Aygün İlqarqızı