Mənzilində huşsuz vəziyyətdə tapıldı

26 Noyabr 2014 03:13 (UTC+04:00)

Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb.

Xilasedicilər mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.