Prezidentin qərarı ilə məşhur şair edam olundu

11 Fevral 2014 12:52 (UTC+04:00)

İranın məşhur ərəb əsilli şairi Haşim Şabani edam edilib.

Şabani dini dəyərlərə qarşı olmaqda və milli təhlükəsizliyi təhdid etməkdə ittiham olunub. İranın insan haqları qruplarının verdikləri məlumata görə, şairin edam qərarını prezident Həsən Ruhani imzalayıb.

Qeyd edək ki, Şabani İranın Xuzistan əyalətində sünni ərəblərə qarşı ayrı-seçkiliyə qarşı etdiyi etiraz çıxışından sonra həbs olunmuşdu. /“Qafqazinfo”