Tanınmış azərbaycanlı jurnalist vəfat etdi

11 Fevral 2014 13:12 (UTC+04:00)

Bu gecə 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin atası, 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə dünyasını dəyişib.


Mərhumun qohumlarının anspress-ə verdikləri məlumata görə, mərhum son vaxtlar ürək çatışmazlığından əziyyət çəkirmiş. Mərhum bu gün dəfn ediləcək. Onun cənazəsi Salyan Kazarmasının ərazisində yerləşən evindən götürüləcək.


Qeyd edək ki, Y. Bünyadzadə tanınmış jurnalist və ictimai xadim olub. Y. Bünyadzadə şərqşünas alim, fəlsəfə elmlər doktoru Könül Bünyadzadənin atasıdır.


Allah rəhmət eləsin!