Məşhur teleaparıcı 150 minlik nişan üzüyünü qaytardı - FOTO

11 Fevral 2014 13:17 (UTC+04:00)

Türkiyənin ən məşhur teleaparıcılarından olan Burcu Esmersoy nişanlısı Sami Kiresepidən ayrılıb.


B.Esmersoy 150 min dollar dəyərində, 6 karatlıq brilyant qaşlı nişan üzüyünü də qaytarıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, B.Esmersoy "Santa Farma İlaç Sanayi A.Ş." farmasevtika şirkətinin sahibi Sami Kiresepi ilə ötən il Nyu-Yorkda nişanlanmışdı. Onlar Burcunun ad günü, noyabrın 2-də evlənməyi planlaşdırmışdılar.


Burcu Esmersoy Nyu-Yorkun Medison Avenyu səmtində yerləşən "Vera Wang" butikində gəlinlik paltarını belə, sifariş vermişdi.


Teleaparıcı nişanı qaytarmasının səbəblərini açıqlamayıb.