Murad Boz Bakı konsertindən danışdı - VİDEO

11 Fevral 2014 14:32 (UTC+04:00)

Türkiyəli müğənni Murad Boz martda Bakıda verəcəyi konsertdən bəhs edib.


Axşam.az-ın məlumatına görə, ilk dəfə Azərbaycana gələcək sənətçi həyəcanlı olduğunu bildirib:


“Martın 17-si və 18-də Bakıda səhnəyə çıxacağam. Çox həyəcanlıyam. İlk dəfə orada canlı konsert verəcəyəm. Bütün sevənlərimi həmin gecəyə dəvət edirəm”.


Qeyd edək ki, Murad Bozun konserti Heydər Əliyev Sarayında baş tutacaq.