Oğurluq-Levandovskinin maşını təkərsiz qaldı-FOTO

11 Fevral 2014 15:08 (UTC+04:00)

Bavariya" ilə müqavilə imzalayan Robert Levandovskinin "Borussiya" (Dortmund) azarkeşləri ilə problemləri davam edir.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl küçədə hücuma məruz qalan polşalı ulduzun bu dəfə maşını hədəfə çevirib.

Belə ki, Levandovskinin evinin önündə saxladığı avtomobilinin təkərləri sökülərək aparılıb. "Porsche Cayenne" markalı avtomobilin 4 təkərinin hamısı çıxarılıb.

Bunu futbolçunun "Bavariya" keçidinə əsəbiləşən fanatların etdiyi ehtimal olunur.