10 türkmən millət vəkili İraqda Azərbaycan məsələsini qaldırsın“ - TƏKLİF

19 İyun 2012 16:50 (UTC+04:00)

"Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi" adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində İraq nümayəndə heyəti Azərbaycan-İraq Parlamentlərarası Dosqtluq qrupunun üzvləri və Dünya Türk Gəncləri Birliyinin sədri ilə görüşüblər.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyindən Publika.Az-a verilən məlumata görə, görüşdə millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun rəhbəri İlham Məmmədov deyib ki, İraq parlamentində türkmən kökənli 10 millət vəkili var:

"Həmin 10 millət vəkilinin parlamentdəki həmkarları arasında Azərbaycanımız və Qarabağımızla bağlı həqiqətləri ilə bağlı daha geniş təbliğat aparmaqla, Ermənistan tərəfindən Qarabağda, Xocalıda törədilən soyqırıma hüquqi-siyasi qiymət verilməsinə çalışacaqlarına ümid edirik".

Dünya Türk Gəncləri Birliyinin sərdi Əkrəm Abdullayev əməkdaşlığın daha da artırılmasının vacibliyindən danışıb.

Görüşün sonunda Azərbaycan-İraq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun rəhbəri İlham Məmmədova, Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayevaya, Dünya Türk Gəncləri Birliyinin sərdi Əkrəm Abdullayevə İraq hökuməti adından mükafat təqdim edilib.

Kifayət

Publika.Az