Sabah hava yağıntılı olacaq

10 Dekabr 2014 13:24 (UTC+04:00)

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, sulu qar və qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında dekabrın 10-da axşam qərb rayonlarında, dekabrın 11-də bəzi ərazilərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.