Şəkərli diabet xəstələri və risk qrupu üçün pulsuz təlimlər

18 İyun 2012 17:33 (UTC+04:00)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyəti diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlərə başlayıb.

Publika.Az-ın verdiyi məlumata görə, təlimlər "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində həyata keçirilir. İyunun 18-dən 22-dək diabet xəstələri, 25-dən 29-dək isə, risk qrupuna aid əhali üçün təşkil olunacaq təlimlər İSİM-də fəaliyyət göstərən Diabet məktəbində keçiriləcək. Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanacaq və maarifləndirici materiallar paylanacaq.

Kifayət

Publika.Az