Prezidentliyə namizəddən qəribə vəd

18 İyun 2012 14:25 (UTC+04:00)

ABŞ prezidentliyinə namizəd, respublikaçı Mitt Romni seçicilərinə qəribə vəd verib.

Publika.Az-ın məlumatına görə, o deyib ki, prezident seçiləcəyi təqdirdə İrana qarşı müharibə elan edəcək.

Mitt Romni bu sözləri CBS telekanalına iyunun 17-də verdiyi müsahibəsində deyib.

Respublikaçı namizəd xüsusi olaraq vurğulayıb ki, prezident olsa, dünyanı İranın nüvə təhlükəsindən xilas edəcək.

Anar Əhmədov

Publika.Az