Müxalifət liderini öldürmək istəyirlər

15 İyun 2012 21:49 (UTC+04:00)

Publika.Az-ın məlumatına görə, İvanaşvili “Guria news”a verdiyi açıqlamasında bildirib ki, bununla bağlı Gürcüstan hökumətinin bir neçə planları var.


“Heç nə deyə bilmərəm, ola bilsin ki, Badri Patarkaçişvili üsulu ilə olsun. Məndən tez-tez Zurab Jivaniya haqda soruşurlar. Təbii ki, Jivaniya ilə olan münasibət şübhə yaradır. Bu adam (Saakaşvili)” hər şeyə gedə bilər. Bu, Saakaşvili ideologiyasının izidir”.

İvanaşvili bununla bağlı Gürcüstan prezidenti Mixail Saakaşvilini də tənqid edib: “İndi o, heç nə hiss eləmir və fikirləşir ki, heç nə baş vermir. Amma o, səhv edir. Bir az gözləyək. Fikirləşirəm ki, hər şey yaxşı olacaq”.

Anar Əhmədov
Publika.Az