Brüs Uillis və Demi Murun qızları tutulub

8 İyun 2012 20:00 (UTC+04:00)

Demi Mur və Brüs Uillisin 20 yalı qızları Skaut Uillis ABŞ-ın Nyu York şəhərində ictimaiyyətə açıq sahədə içki içdiyi və polisə saxta şəxsiyyət vəsiqəsi verdiyi səbəbiylə tutulub. 1 gün sonra azadlığa buraxılan Skaut Uillis 31 iyulda Manhattanda məhkəmə qarşısına çıxacaq.


ABŞ-da 21 yaşınadək olanların ictimaiyyətə açıq sahələrdə spirtli içki içməsi qadağandır.

Sahilə
Publika.Az