Əlcəzairdə matəm elan olundu

12 Fevral 2014 10:51 (UTC+04:00)

Bu gün səhər yayılan məlumata görə, “C-130 Hercules” hərbi sərnişin təyyarəsində uçan adamlardan yalnız bir nəfər sağ qalıb. Hərbi qulluqçu olan həmin şəxs Konstantin şəhərinin hospitalındadır.

Ölənlərin böyük bir qismi hərbi qulluqçular və onların ailə üzvləridir.

Təyyarənin pis hava şəraitindən (güclü külək və qar) qəzaya uğradığı ehtimal olunur.

Əlcəzair prezidentinin fərmanı ilə ölkədə üç günlük matəm elan edilib./milli.az