Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Publika.Az-a Arif Hacılı Müsavat Partiyasında belə insanların olduğunu təsdiqləyib. O, həmin müsavatçıların mövqeyini Müsavat başqanı İsa Qəmbərin postundan getməsini istəməmələri ilə əlaqələndirib: “Bir sıra insanlar var ki, başqanın 2013-cü il prezident seçkilərinə qədər postunda qalmasını vacib sayırlar”.
Bununla belə, Gülağa Aslanlı Müsavatın qurultay keçirməkdə israrlı olduğu bildirib: “Hakimiyyət zəhmət çəkib bizi min nəfərlik yerlə təmin etsin, biz də qurultayımızı keçirək. Başqan məsələsi qurultay keçirməyimizə maneə ola bilməz”.
Ömər Əmirov
Publika.Az