“Liverpul” Qəbələyə gəlir

12 Fevral 2014 15:15 (UTC+04:00)

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək 3-cü Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilib.

Turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət də göndərilib. Publika.az xəbər verir ki, artıq dəvət alan daha bir klub- İngiltərə "Liverpul"u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

Xatırladaq ki, buna qədər "Fənərbaxça" (Türkiyə) və "Lokomotiv" (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak barədə rəsmi razılıq vermişdi. 29 may-01 iyun tarixlərində baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.