Millimizin baş məşqçisi qəzaya düşdü

17 Dekabr 2014 16:25 (UTC+04:00)

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qəzaya düşüb.

Publika.az-ın əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Permyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Bakı" - AZAL matçını izləməyə gedərkən Biləcəridə xoşagəlməz hadisə ilə üzləşib.

AFFA-dan da bu məlumatı təsdiqlədilər.

Xoşbəxtlikdən, 45 yaşlı çalışdırıcının olduğu avtomobilə ciddi ziyan dəyməyib. Xorvatiyalı gec də olsa, özünü oyuna yetirib.

Aygün