Binadan yıxıldı, öldü

20 Dekabr 2014 13:33 (UTC+04:00)

Paytaxtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 19-da Bakı şəhər sakini Elman Xəlilov Yasamal rayonu S.Əsgərova küçəsi, ev 16-nın damından (1 mərtəbəli) yıxılıb.

Xəstəxanaya yerləşdirilən Elman Xəlilov dünyasını dəyişib.

Vazeh