Mövlud Çavuşoğlu: TANAP Avropa üçün çox vacibdir

25 Dekabr 2014 13:44 (UTC+04:00)

Azərbaycan və Türkiyənin reallaşdırdığı Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) Avropa üçün çox vacibdir. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi enerjidaşıyıcıların nəqli sahəsində Türkiyənin əhəmiyyətini artırır.