Əli Kərimli müşavirini vəzifədən çıxardı

13 Fevral 2014 14:39 (UTC+04:00)


AXCP sədri Əli Kərimli xanım müşavirini vəzifəsindən uzaqlaşdırıb. Partiyanın mətbuat xidmətindən Publika.Az –a verilən məlumata görə, AXCP sədrinin sərəncamı ilə Zərifə Məhəddinova AXCP sədrinin müşaviri vəzifəsindən azad edilib.

Z. Məhəddinova məlumatı təsdiqləyib. Bildirib ki, bu qərara hörmətlə yanaşır, heç bir problem yoxdur.

Asif