Sabah qar yağacaq

1 Yanvar 2015 20:46 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sutunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 2-də havanın gecə və axşam yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında havanın əsasən gecə və axşam yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.