Sumqayıtda sex yandı

4 Yanvar 2015 11:56 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus sexin ümumi sahəsi 15 kv.m olan otağında 1 ədəd yataq dəsti yanıb. Otaq və bitişik sex yanğından mühafizə olunub.

Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.