Ev partladı, 1 nəfər xəsarət aldı

6 Yanvar 2015 12:25 (UTC+04:00)

Astarada yaşayış evində partlayış olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara rayonu, Məscidməhəllə kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan (hər mərtəbəsi 90 kv.m) ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın hadisəsi baş verməyib.

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər çatana kimi aidiyyəti üzrə aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.