Məşqçilər Komitəsi PFL prezidentiylə görüşdü

6 Yanvar 2015 13:51 (UTC+04:00)

Məşqçilər Komitəsinin görüşləri davam edir.

Publika.az xəbər verir ki, komitə üzvləri bu dəfə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb.

Görüş zamanı Azərbaycan futbolunun hazırki durumu və qarşıda duran planlar müzakirə olunub.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov və Böyükağa Hacıyevdi.