Qədim şahzadənin qəbri aşkar edildi

6 Yanvar 2015 15:45 (UTC+04:00)

Arxeoloqlar Misirdə apardığı qazıntılar zamanı min il bundan əvvəl basdırılmış naməlum bir şahzadənin məzarını aşkar ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qəbir paytaxt Qahirə şəhərinin cənub-qərbində yerləşən Abusir rayonundan tapılıb. Qəbirdə 4,5 min il bundan əvvəl Misiri idarə edən firon Neferefranın arvadı və ya anasının basdırılması ehtimal olunur.

Misir tarixi varislik üzrə naziri Mamdu əl-Damati tapılan qadının Xentakavess olduğunu deyib.

Onun qəbri firon Neferefranın sərdabəsində aşkar edilib.

Camalə