İdeal cütlük boşandı

6 Yanvar 2015 23:36 (UTC+04:00)

Türkiyədə ideal cütlük kimi təqdim olunan Çağla Şikəl ilə Əmrə Altuğ ayrıldılar.

Publika.az-ın məlumatına görə, cütlük rəsmən boşandəqlarını elan edib.

"Təəsüflə bəyan edirik ki, 7 illik evliliyimizn sonuna gəldik. Biz böyük bir eşqlə və tərifi mümkün olmayan bir sevgiylə evliliyimizi davam etdirdik. Ancaq sonunda ayrılmağa qərar verdik. Bundan sonrakı həyatımızda da hər zaman bir-birimizin yanında olaraq görüşməyə davam edəcəyik. Birlikdə keçirdiyimiz qiymətli illər üçün bir-birimizə minnətdarıq. Bu ayriligimizdan hər hansı bir üçüncü tərəfin maraq və əlaqəsi yoxdu", - deyə cütlük bəyan edib.