Fransada matəm elan olundu

8 Yanvar 2015 03:00 (UTC+04:00)

Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.

Publika.az-ın məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland bəyan edib.

O deyib ki, yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Ölkədə 3 gün bayraqlar endiriləcək.

Prezident bütün vətəndaşları anım mərasimində iştirak etməyə çağırıb.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.