Fransadakı terrorun arxasında Qərb dayanır - ŞOK İDDİA

8 Yanvar 2015 08:54 (UTC+04:00)

İspaniyanın ən məşhur aktyorlarından olan Villi Toledonun Parisdə törədilən terror aktı ilə bağlı açıqlaması ölkəni silkələyib.

Publika.az-ın xarici mətbuata istinadəın verdiyi məlumata görə, Toledo şəbəkədə paylaşdığı mesajlarında terror aktının arxasında milyonlarla adamı öldürən Qərbin dayandığını bildirib.

“Siz heç bir səs-küy çıxarmadan milyonlarla adamı öldürürsünüz, onların bu hadisələr qarşısında səssiz qalacağınımı düşündünüz? – deyib.

Pentaqon və NATO-nun hücumlarının ölkələri belə yox edəcək səviyyəyə çatdığına diqqət çəkən aktyor Parisdəki terror aktını lənətlədiyini, amma hər kəsin yaxşı-yaxşı düşünməli olduğunu ifadə edib.

Ömər Dağlı