Azərbaycanlı qardaşlar Türkiyədə qalib oldu - VİDEO

8 Yanvar 2015 09:51 (UTC+04:00)

“O səs Türkiyə” yarışmasında Azərbaycandan qatılan iki qardaş Varis və Ceyhun Əkbərov duelə çıxıblar.

Publika.az-ın məlumatına görə, qardaşlar komanda yoldaşları Hasret Emil və Afşin Dağlıyla İbrahim Tatlısəsin “Tabi Tabi” mahnısını oxuyublar. Ebru Gündeş həmyerlilərimizin ifasını xüsusi bəyəndiyini qeyd edib.

Komanda rəhbəri olan Hadisənin qərarı ilə Varis və Ceyhun növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan təmsil olunub.



Cəvahir