“Azəryolservis”dən qar açıqlaması

8 Yanvar 2015 16:51 (UTC+04:00)

“Azərbaycana yağan qar yollarda heç bir problem yaratmayıb”.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, paytaxt ərazisində vəziyyət normaldır, regionlarda qar düşən yollar isə təmizlənib: “Bakıda hələ ki, qar yerə oturmayıb, bu baxımdan heç bir problem yoxdur. Regionlarda isə çoxlu yağıntı düşən yerlərdən qar təmizlənib. Ən çox Masallı-Yardımlı, Lənkəran-Lerik, Muğanlı-İsmayıllı yollarında qarla bağlı müraciətlər olub. Həmin ərazilərdə bir neçə sm qalınlığında qar örtüyü müşahidə olunub. Dərhal “Azəryolservis” ASC-yə məxsus maşın-mexanizmlər cəlb olunub və həmin ərazilər qardan təmizlənib”.

Gülnar Əliyeva