Millimiz yenə uduzdu, baş məşqçisi isə qovuldu

9 Yanvar 2015 11:31 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirin son oyunu millimizin baş məşqçisi Nikolay Adam üçün uğursuz olub.

Publika.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçirilən turnirin Azərbaycan - Cənubi Koreya oyununda millimizin baş məşqçisi texniki zonadan kənarlaşdırılıb. O, matçın 85-ci dəqiqəsində baş hakimin qərarına etiraz edərək topu təpiklə göyə vurub. Nəticədə o, meydandan kənarlaşdırılıb. Bundan sonra tribunadakı azsaylı azərbaycanlı azarkeşlər hakimin ünvanına nalayiq ifadələr işlədiblər.

Xatırladaq ki, asiyalılara 0:3 hesabıyla uduzan millimiz ilk oyunda Sankt-Peterburqa da məğlub olmuşdu - 2:4.