Axtarış qrupu siqnal tutub

10 Yanvar 2015 08:42 (UTC+04:00)

Xilasedicilər “AirAsiya” şirkətinə məxsus qəzaya uğramış təyyarənin “qara qutuları”nın ötürdüyü siqnalları laynerin quyruq hissəsinin müəyyən edildiyi yerdən 300 metr aralıda qeydə alıblar.

Publika.az-ın məlumatına görə, bu barədə yanvarın 9-da İndoneziya silahlı qüvvələrinin baş komandanı general Muldoko məlumat verib.

General bildirib ki, “qara qutular”ın yerləşdiyi ərazini tədqiq etmək üçün yeddi dalğıc göndərilib. “Qara qutular” vizual olaraq hələlik aşkar edilməyib.