“Facebook” şəxsi videoservisini işə salacaq

10 Yanvar 2015 23:37 (UTC+04:00)

Dünyanın ən iri sosial şəbəkələrindən biri - “Facebook” 2015-ci il yanvarın sonunda şəxsi videoservisini işə salacaq.

Publika.az-ın məlumatına görə, servis pleylistlərinin formatı və strukturu populyar “YouTube” videohostinqin pleylistlərinə oxşayacaq.

Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək. “Facebook” istifadəçilərinin istənilən videoçarxa baxmaq, habelə layk qoymaq və onlayn şərhlər yazmaq imkanı olacaq. İstifadəçi “YouTube”da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək.

Hazırda şirkətin mütəxəssisləri yeni xidməti testdən keçirirlər.