On yaşlı kamikadze qız özünü partlatdı

11 Yanvar 2015 09:13 (UTC+04:00)

Nigeriyanın şimali-şərqindəki Maiduguri şəhərində 10 yaşındakı qız üzərindəki bombanı partladıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış əhalinin sıx olduğu bir yerdə - bazarda törədilib.

Hadisə nəticəsində 19 nəfər ölüb, daha 18-i yaralanıb.

Partlayışa görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Ancaq hadisənin arxasında “Boko Haram” qruplaşmasının olduğu təxmin edilir. Belə ki, təşkilat son vaxtlar ölkədə həyata keçirdiyi terror hücumlarında tez-tez qadınlar və uşaqlardan istifadə edir.

Ömər Dağlı