Azərbaycanlı müğənni özünü Barış Akarsuya oxşatdı - Fotolar

14 Fevral 2014 12:00 (UTC+04:00)

Müğənni Çingiz Mustafayev özünü türk sənətçisi Barış Akarsuya oxşadıb. Publika.az-ın məlumatına görə, müğənni saçlarını Barış Akarsu kimi uzadıb, onun stilində fotosessiya etdirib.

Amma onu da öyrəndik ki, Çingizin bu fotoları çəkdirməyinin və yeni imicdə görünməyinin səbəbi var. Belə ki, müğənni ATV-də yayımlanan “Alma almaya bənzər” proqramında Barış Akarsunun obrazını yaradacaq. Eyni zamanda türk sənətçisinin bir mahnısını oxuyacaq.

Cəvahir Səlimqızı