Ukrayna MDB-nin axtarış sistemindən çıxır

13 Yanvar 2015 04:57 (UTC+04:00)

Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) axtarış sistemindən çıxmağa qərar verib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində bildirib.

Arsen Avakovanın sözlərinə görə, Rusiya Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və digər 23 ukraynalı keçmiş məmurun axtarışı haqqında sənədlərə məhəl qoymur.

“Ukraynanın Daxili İşlər Nazirliyi rus “ədaləti”nin nəzarətində olan axtarış sistemindən çıxması barədə sənədləri hazırlayır. Biz MDB-nin bütün üzv ölkələrinə ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlıq haqqında təklifləri göndərəcəyik”, - nazir bildirib.

Ömər Dağlı