Bakının hərəkətsiz küçələri

15 Yanvar 2015 11:25 (UTC+04:00)

Bu gün Bakının bəzi küçələrində tıxac var.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hazırda Həsən Əliyev küçəsindən Tbilisi prospekti istiqamətində , Həsənoğlu küçəsindən 5 nömrəli xəstəxananın qarşısına doğru və F. Xoyski küçəsindən 5 nömrəli xəstəxana istiqamətində avtomobillərin hərəkətində sıxlıq var.

Sürücülərə alternativ yollar kimi müvafiq olaraq Bakıxanov, Koroğlu Rəhimov və Təbriz küçələri ilə hərəkət etmək tövsiyə olunur.

NİİM-dən onu da bildirdilər ki, paytaxtın S. Vurğun küçəsi və Z. Bünyadov prospekti bağlı olduğundan bu istiqamətdə mərəkət məhdudlaşdırılıb.

Gülnar Əliyeva