“Supermen” müsahibəni yarımçıq kəsdi - VİDEO

15 Yanvar 2015 13:04 (UTC+04:00)

“Real”ın hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin rəsmi kanalına müsahibə verərkən sözü ağzında qalıb.

Publika.az xəbər verir ki, supermen paltarı geyinən balaca Ronaldo otağa daxil olduğu üçün söhbət dayanıb. Aparıcı uşağı yanına çağırıb və ona nəvaziş göstərib.

Superqəhrəman “Qızıl top”un üçqat qalibini qucaqlayıb. Ronaldo da oğlunu bağrına basaraq üzündən öpüb. Sonra müsahibə davam etdirilib.