Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Amerika şirkəti 9 min əməkdaşını işdən çıxardı

Amerika şirkəti 9 min əməkdaşını işdən çıxardı

17 Yanvar 2015 07:12 (UTC+04:00)

Dünyada ən iri neft-servis kompaniyası olan Amerikanın Schlumberger Ltd neft bazarında qiymətlərin ucuzlaşması səbəbindən işçilərinin 7 fazini ixtisar etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bununla da şirkətin 9 min əməkdaşı öz iş yerini itirəcək. İxtisarlar nəticəsində şirkətin ildə 296 milyon dollar vəsaitə qənaət edəcəyi gözlənilir. 2014-cü ilin dördüncü rübü ərzində kompaniya 302 milyon dollar qazanıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 82 faiz azdır.

Qeyd edək ki, Schlumberger Ltd neft-qaz sahəsində aparıcı texnologiya təchizatçısıdır.