Qadın özünü 6-cı mərtəbədən atdı

19 Yanvar 2015 11:00 (UTC+04:00)

Bakıda qadın özünü 6-cı mərtəbədən atıb.

Xətai rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Telnov küçəsində yerləşən mənzillərdən birində kirayə yaşayan 42 yaşlı Puğu Tubu özünü 6-cı mərtəbədən atıb.

Hələlik qadının intiharının səbəbi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.