Televiziya üsyançıların əlinə keçdi

19 Yanvar 2015 23:37 (UTC+04:00)

Yəmənin paytaxtı Səna şəhərində baş vermiş toqquşmalarda bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, bu barədə respublikanın informasiya naziri Nadiyə əs-Səqqaf məlumat verib. Onun sözlərinə görə, ölkənin təhlükəsizlik qüvvələri və şiə üsyançılar (husilər) arasındakı toqquşmalar yanvarın 19-u səhər saatlarından başlayıb. Dövlət televiziyasında atəşkəsəsə nail olunduğu barədə xəbərlər verilsə də, KİV-lər döyüşlərin davam etdiyini bildirir.

Yerli KİV-nin yazdığına görə, üsyançılar dövlət informasiya agentliyinin və peyk telekanalının binalarını ələ keçiriblər.