Rejissor Hafiz Fətullayev vəfat edib

20 Yanvar 2015 20:13 (UTC+04:00)

Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev bu gün 70 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. 1970-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.


1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi.

H.Fətullayev "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.