Donbasda “Allahu-Əkbər” sədaları – Video

20 Yanvar 2015 22:42 (UTC+04:00)

Ukraynanın şərqində çeçen hərbçilərin döyüşməsini sübut edən daha bir video yayılıb.

Axar.az xəbər verir ki, yayılan videoda çeçen əsgərlərin Donbasda “Allahu-Əkbər” sədaları altında minaatanlardan atəş açdığı əks olunur.

Qeyd edək ki, Çeçenistan Prezidenti Ramzan Kadırov dəfələrlə çıxışlarında Ukraynanın şərqində çeçen hərbçilərin döyüşdüyünü təkzib edib.