ATƏT cəbhədən son məlumat yaydı

1 Fevral 2015 03:17 (UTC+04:00)

ATƏT Donetskdə hərbi durumun ağırlaşması ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətinin hesabatında bildirilir. 30 yanvarda Donetskin şimal-qərbindən atəş açıldığı və bu istiqamətdə də atışmaların davam etdiyi qeyd edilib. Şəhər mərkəzindən 2 kilometr aralıda atışmaların aparıldığı, hətta Ukrayna tərəfinin humanitar yardım məqsədi ilə istifadə etdiyi Avropa mehmanxanasının da ağır silahlardan hücuma məruz qaldığı vurğulanıb.